“Öz üzərimizdə işləməyə davam etməliyik” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya çempionatının 16-cı turunun matçında “Volfsburq” üzərində qələbədən (2:1) danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, rəqiblərinə komanda olaraq yaxşı cavab verdiklərini deyib:

“Oyunçular ən yaxşı təriflərə layiq idilər. Matçın sonunda rəqib güc nümayiş etdirdi. Təəssüf ki, ikinci hissədə qol buraxdıqdan və əvəzləmələr etdikdən sonra nəzarəti itirdik. Ona görə də matçın sonuna kimi müdafiə olunmalı olduq və yaxşı alındı.

Frankfurtdakı məğlubiyyətdən sonra üç qələbə qazandıq, xüsusilə, zədəli və xəstə futbolçuların vəziyyətini nəzərə alsaq, rəqiblərimizə yaxşı cavab verdik. Komandanın əhval-ruhiyyəsi və oyuna münasibəti də neçə həftədir ki, yüksəkdir. Amma biz öz üzərimizdə işləməyə davam etməliyik”.

16 turdan sonra “Bayern” 38 xalla Bundesliqada ikinci pillədə qərarlaşıb. Çempionata “Bayer” başçılıq edir (42 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button