
“Qarabağ” bu il həddindən artıq çox şey etdi”
“Qarabağ” bu il həddindən artıq çox şey etdi”.
Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi, AFFA məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Komanda.az-a açıqlamasında deyib.
O, indi Çempionlar Liqasında orta səviyyəli komandanın olmadığını bildirib:
“Əsas məqsəd UEFA Çempionlar Liqasına düşmək idi, onu da etdilər. İndi Çempionlar Liqasında orta səviyyəli komanda yoxdur, hələ zəifini demirəm. Ona görə də, bu, inkişafdır. “Qarabağ”ın oyunçuları üçün, məşqçilər heyəti üçün təcrübədir. Yəni, onları psixoloji hazırlamaq lazımdır. Oyunçu özü başa düşməlidir ki, Çempionlar Liqasının vəziyyəti nədir, iş birliyi nədir və necə oynamaq lazımdır. Ona görə də, “Qarabağ” öz oyununu oynamalıdır, mən elə düşünürəm. Heç bir şeydən çəkinməməlidirlər. Və düşünürəm ki, elə də olacaq”.
“Qarabağ” sentyabrın 16-da Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda səfərdə “Benfika” ilə qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



