
“Oyuna yaxşı köklənmişdik” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Milli fasilədən sonra ilk oyunumuz idi. 1-ci hissənin ilk 5-10 dəqiqəsi bizim üçün yaxşı başladı. Amma, sonra oyun bizim üçün çətinləşdi. İstədiyimiz hücumları qura bilmirdik. 2-ci hissədə komandam xeyli fəallaşdı və düşünürəm ki, vacib 3 xal qazandıq. Bilirdik ki, rəqib əzmkardır. Xüsusilə, son turlarda iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilirdilər. Biz oyuna yaxşı köklənmişdik.
Fasilədə daha çox hücumda daha fəal olmağı tapşırıqlarını verdik. Çünki, 0:0 hesabı bizi qane etmirdi. “Şamaxı”nın əks hücumları, cinahdan asmalarından hər an fərqlənə bilərdilər. Hesabı açdıq və 2-ci qoldan sonra oyun bizim üçün daha rahat keçdi. Bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi. Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq”.
Bizi Facebook-da izləyin



