
“Oyuna pis başladıq” – Vaqif Cavadov
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 29-cu turunun “Araz-Naxçıvan”la oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətə belə şərh verib:
“Oyuna pis başladıq. Bir neçə imkanımız olsa da, bunları qola çevirə bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



