“Oyuna çox ciddi hazırlaşmalıyıq” – Zaur İsmayılov
“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə qarşılaşacaq.
Paytaxt klubunun baş məşqçisi Zaur İsmayılov Komanda.az-a verdiyi açıqlamada, püşkün nəticəsi ilə bağlı fikirlərini bölüşüb:
“Püşkdə seçiləsi rəqib yox idi, bütün komandalar çətindir. Avropa Liqasındakı təcrübəmiz də göstərir ki, bütün komandalara qarşı ciddi yanaşmaq lazımdır. Oyuna çox ciddi hazırlaşmalıyıq. Beş il əvvəl “Laçi” ilə oynamışıq, iki oyunun nəticəsinə görə onları keçmişik. Artıq bu komandanı analiz etməyə başlamışıq. Bilirik ki, yaxşı legionerləri var, hücum xətti güclüdür”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin