Oyuna çıxmaqdan imtina edən millinin baş məşqçisi qovuldu

Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

İstefaya onun ötən gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Kosovo ilə ev oyununa çıxmaqdan imtinası səbəb olub.

Serbiyalı mütəxəssis siyasi məsələlərlə əlaqədar belə gözlənilməz addım atıb. Xüsusilə ölkəsindən gələn çoxsaylı təzyiqlər ona işi bahasına başa gəlib.

Monteneqro yığmasının şərəfini qoruyan serb əsilli futbolçular – Filip Stoykoviç və Mirko İvaniç də heyətdən uzaqlaşdırılıb.

Monteneqro Futbol Federasiyası baş verənlərlə bağlı yaydığı bəyanatda Tumbakoviçin matça çıxmamaq qərarını “xoş olmayan sürpriz” adlandırıb. Həmçinin, təcrübəli mütəxəssis peşəkar davr9anmamaqda günahlandırılıb.

66 yaşlı məşqçi 2016-cı ilin yanvar ayından Monteneqro yığmasını çalışdırırdı.

Monteneqro – Kosovo matçı 1:1 hesabıyla başa çatıb.

Əhalisinin 90 faizi albanlardan ibarət olan Kosovo, 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Avropa Birliyinin aparıcı ölkələri və ABŞ Kosovonun müstəqilliyini tanısa da, Çin, Rusiya və Avropa Birliyinin 5 ölkəsi bu ölkənin müstəqilliyini tanımır. Beynəlxalq futbol federasiyaları da bu ölkənin müstəqilliyini qəbul edib. Amma Kosovo və Serbiya yığmaları rəsmi turnirlərdə fərqli qruplarda yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button