“Oyuna baxanda 7-8 dəfə tullanmışam” – “Viktoriya”nın prezidenti

“Emosional olaraq özümdə deyiləm. Əvvəl ölü idim, sonra yarı ölü oldum, indi isə diriyəm. Futbolçulara bunu dərk etdiklərinə görə minnətdaram”.

Komanda.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Qarabağ”a 2:1 hesabı ilə qalib gələn Çexiyanın “Viktoriya” klubunun sahibi Adolf Şadek deyib.

O, “Premier Sport 2” telekanala müsahibəsində oyun günü Sofiya adlı övladının dünyaya gəldiyini bildirib:

“Heç vaxt bitməyəcək bir günüm oldu. Dördüncü dəfə Çempionlar Liqasına yüksəldik. Bu, futbolçularımız üçün çox şey deməkdir. Üstəlik, qızım günorta saat 4-ün yarısında doğuldu. Ona rəmzi olaraq, Viktoriya adını qoymağım uyğunsuz olardı. Oyuna ofisdə tək baxırdım, oyuna baxanda 7-8 dəfə tullanmışam. Uşaqlara inanırdım, amma rəqibin səviyyəsi ikinci qolu vurmağımıza imkan vermirdi. Bu halla daxilən mübarizə aparırdım. Səhərdən məndə çətin gün idi. Uşaqların sayəsində son 20 dəqiqədə rəqibə nəfəs almağa imkan vermədik”.

“Viktoriya”nın sahibinin sözlərinə görə, maddi durumu yaxşı olmayan klub Çempionlar Liqasının qrupuna düşməklə, bu vəziyyətdən çıxa bilər:

“Biz klub olaraq digərlərindən bir qədər fərqli fəaliyyət göstəririk. Söhbət puldan yox, üçüncü əlavə dəyərdən gedir. Mən situasiya ilə mübarizə aparıram. İnanırıq ki, biz yenə Praqadan olan rəqiblərimizi (“Slaviya” və “Sparta”) su altında qoyacağıq”.

“Viktoriya” Bakıda qolsuz heç-heçə etdiyi “Qarabağ”ı cavab görüşündə üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. “Köhlən atlar” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button