“Oyun qola qədər davam edəcəkdi” – Kurban Berdıyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda “Zirə” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
“Gərgin oyun oldu. Hava şəraiti və külək hər iki komandaya mane olurdu. Hər iki komanda xarakter göstərdi. Oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə nəticəni qanunauyğun hesab etmək olar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin