“Belə anlar bizi daha da gücləndirir!” – “Liverpul”un futbolçusu

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister Premyer Liqanın “Kristal Pelas”la matçında fasilədə əvəzlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra argentinalı futbolçu sosial şəbəkədə paylaşım edib:

“Komanda möhtəşəm qələbə qazandı, belə anlar bizi daha da gücləndirir! Oynayarkən bir az diskomfort hiss etdim, amma bu mənə mane olmayacaq. Mən indi bütün diqqətimi gələcəyə yönəltmişəm”.

“Liverpul” səfərdə “Kristal Pelas”a 1:0 hesabı ilə qalib gəlib. “Qırmızılar” Premyer Liqanın turnir cədvəlində birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button