“Qriliş oynamaq üçün komanda yoldaşları ilə mübarizə aparmalıdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Cek Qriliş haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis ingilis futbolçunun məşq etməyə ehtiyacı olduğunu bildirib:

“Mən onun keyfiyyəti və xüsusən də, keçən mövsüm gəldiyindən bizim üçün nələr etdiyinə dair bir anlıq şübhəm yoxdur. Amma indi o, bir aylıq istirahətdən sonra ritmə girməlidir. O, Fil Foden və ya Bernardo Silva kimi deyil, hansı ki, formada olmaq üçün sadəcə iki və ya üç məşq lazımdır. Qriliş oynamaq üçün komanda yoldaşları ilə mübarizə aparmalıdır”

28 yaşlı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 9 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button