Oyan Nəzəriani yarımfinalda
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi start götürüb.
Komanda.az xəbər verir ki, ilk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib.
Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə – Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin