“Övladlarım yəqin ki, onlardan daha ağıllıdır” – Morata

“Atletiko”nun hücumçusu Alvaro Morata ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu tənqidlərə əhəmiyyət vermədiyini söyləyib:

“Hər kəsin dediklərinə nəzarət edə bilmirəm. İşlərim yolunda getdiyi üçün özümü yaxşı hiss edirəm. İnsanların məni bəyəndiyini və ya ən vacib oyunçulardan biri olduğumu demirəm, amma məni başa düşürlər və hörmət edirlər. Elə bir vəziyyətdəyəm ki, məni tanımayan adamların mənə nə deyəcəkləri məni maraqlandırmır. Övladlarım yəqin ki, onlardan daha ağıllıdır.

Çox pis anlar yaşadım. Həyat yoldaşım və ya ailəmlə danışın. Onlara öz hekayəmi danışa bildiyim üçün fəxr edirəm və ən yaxşı oyunçu olmaq, yenidən cəhd etmək üçün geri qayıtdım”.

31 yaşlı ispaniyalı hücumçu bu mövsüm bütün yarışlarda 8 oyun keçirib və 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button