
Sabiq futbolçu Kloppu təriflədi
Sabiq futbolçu Maykl Ouen “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppun komandanın müdafiəçisi Trent Aleksander-Arnolda dəstəyini yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Kloppun Arnolda görə nə qədər həyəcanlı olduğunu başa düşə bilirəm. Əsl insan!”
İngiltərəli futbolçu Premyer Liqada “Arsenal”la oyunda (2:2) “qırmızılar”ın azarkeşləri tərəfindən fitə basılıb.
Aleksander-Arnold daha əvvəl “Liverpul”dan ayrılacağını söyləyib. Onun “Real”la müqavilə imzalayacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin