Ötən mövsümün ən yaxşısı – Haland
“Mançester Siti”nin hücumçusu Erlinq Haland Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən mükafatlandırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli forvard Premyer Liqa (İngiltərə) oyunçularının rəyinə görə, ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
Haland 2022/23 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 53 oyunda 52 qol vurub və 9 məhsuldar ötürmə edib.
Erlinq ötən mövsüm “Mançester Siti”nin heyətində treblə imza atıb. 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının, ölkə kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.
2022-ci ildə “Liverpul”un hücumçusu Məhəmməd Salah adıçəkilən mükafata yiyələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin