
Avropada ötən ilin rəmzi komandası məlum olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb.
Komanda.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, “11-lik” 3-4-3 sxeminə uyğun tərtib edilib.
Ən çox futbolçu ilə İngiltərə təmsil olunub. Bu ölkənin 3 oyunçusu rəmzi komandaya düşüb.
Qapıçı: Tibo Kurtua (Belçika);
Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə), Ruben Diaş (Portuqaliya), David Alaba (Avstriya);
Yarımmüdafiəçilər: Rodri (İspaniya), Kevin De Bruyne (Belçika), Çud Bellingem (İngiltərə), Bernardo Silva (Portuqaliya);
Hücumçular: Harri Keyn (İngiltərə), Erlinq Haland (Norveç), Kilian Mbappe (Fransa).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin