Otel rəhbərliyi “beh” aldı, konfransı keçirməkdən imtina etdi! – Süleymanov AFFA-nı günahlandırır

Bu gün Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Konfrans əvvəlcədən nəzərdə tutulduğu kimi, “Altus” otelində keçirilməyəcək. Buna səbəb, otelin rəhbərliyinin texniki səbəblərə görə konfransı keçirməkdən üz döndərməsi olub. Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov Komanda.az-a açıqlamasında, otellə bağlı problemin yaranmasında AFFA-nın rolu olduğunu deyib. O, əvvəlcədən otelə “beh” verdiklərini, ancaq bu gün texniki səbəbdən konfransın keçirilməsinin mümkün olmadığını bildirib. Süleymanov heç bir texniki nasazlığın olmadığını və bunun AFFA-nın təzyiqi ilə əlaqəli olduğunu deyib.

Konfransın başqa bir oteldə keçirilməsi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button