“Milan”dan ayrılan futbolçu Super Liqa klubunda
Ötən mövsümdə “Milan”da çıxış edən Lukas Biqliya karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi “Fatih Karagümrük” klubuyla razılıq əldə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Biqliya yeni klubu üçün tibbi baxışdan keçdikdən sonra iki illik müqavilə imzalayacaq.
Lukas Biqliya 2017-ci ildən “Milan”da çıxış edirdi. O, bu ilin sentyabrından azad agent idi. Yarımmüdafiəçi Argentina millisində 58 oyuna 1 qol vurub.
Biqliya “Milan”dan əvvəl “Anderlext” və “Latsio”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin