ÇL: “Hələ uzun bir yolumuz var” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Real Sosyedad”la heç-heçə etdikləri oyundan (1:1) danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, komandasının 2-ci pillədə qərarlaşsa da, yaxşı oynadığını bildirib:

“Baxmayaraq ki, bizi çox sıxışdıran və hər şeyi çətinləşdirən möhtəşəm komandaya qarşı oyuna çıxmışdıq. Qrup mərhələsini məğlubiyyətsiz başa vurduq, ikinci yeri tutduq və böyük inamla irəliyə doğru baxırıq. Hələ uzun bir yolumuz var. Ötən il ikinci yeri tutaraq finala qədər gəlmişdik”.

“İnter” 6 turdan sonra 12 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button