İtaliyadan qayıtdı – koronavirusa yoluxduğu məlum oldu

Ötən həftə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Atalanta” – “Valensiya” matçı (4:1) üçün İtaliyaya gedən bir ispan azarkeş koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 44 yaşlı “Valensiya” azarkeşinə ilkin müayinədən sonra koronavirus diaqnozu qoyulub. İspan fanatın Madriddə yenidən müayinədən keçəcəyi bildirilib.

İtaliyada koronavirus səbəbindən 12 nəfər ölüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button