Lippi “Napoli”də?

Ötən il məşqçi karyerasını başa vuran Marçello Lippi İtaliyada çalışa bilər.

Komanda.az xəbər verir ki, 72 yaşlı mütəxəssis “Napoli” klubunda işləyə bilər. Bu barədə “Football İtalia” məlumat yayıb. Xəbərdə, Lippinin Neapol klubunda texniki direktor vəzifəsinə gətirilə biləcəyi qeyd olunub.

Lippi son olaraq Çin yığmasının baş məşqçisi olub. 2016-cı ildən bu komandaya rəhbərlik edən mütəxəssis 2019-cu ildən işsiz idi. Təcrübəli məşqçi 2004-2006 və 2008-2010-cu illər aralığında İtaliya yığmasına rəhbərlik edib. O, “Syena”, “Çezena”, “Atalanta”, “Napoli”, “Yuventus”, “İnter”, “Quançjou Everqrand” kimi klubların da baş məşqçisi olub.

Lippi “Yuventus”la iki dəfə İtaliya çempionu olub, bu komandaya 1996-cı ildə UEFA Çempionlar Liqasının baş mükafatını qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button