![](https://komanda.az/wp-content/uploads/2023/01/Ronaldo-Al-Nasr.jpg)
2024-cü ildə ən çox qazanan idmançıların adları açıqlandı
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü ilin nəticələrinə görə ən çox maaş alan idmançıdır.
Komanda.az “sportico”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən 40 yaşlı futbolçu ötən il 260 milyon dollar qazanıb.
Reytinqdə ikinci yeri basketbolçu Stiven Karri (153,8), üçüncü yeri isə boksçu Tayson Fyuri (147) tutub. Argentinalı futbolçu Lionel Messi 135 milyon dollarla 4-cü yerdədir.
Neymar 133 milyonla altıncı olub. Həmçinin, ən çox qazanan idmançılar onluğunda müvafiq olaraq 116 və 110 milyon dollarla fransalı futbolçular Kərim Benzema və Kilian Mbappe yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin