Osimhenin İngiltərə klubuna keçmə şansı – 95 faiz

Viktor Osimhen “Mançester Yunayted”ə keçməyə yaxındır.

Komanda.az “Football365”-ə istinadən xəbər verir ki, tərəflər transferlə bağlı ilkin razılığa gəliblər. Müqavilənin tamamlanma şansı 95 faiz qiymətləndirilir.

“Qırmızı şeytanlar” nigeriyalı futbolçunun hüquqlarına sahib olan “Napoli”yə 70 milyon avro təzminat ödəməyə hazırdırlar.

Osimhen hazırda icarə əsasında “Qalatasaray”da çıxış edir. O, Super Liqanın cari mövsümündə 19 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button