Osimhenin “Mançester Yunayted”ə keçidini çətinləşdirən 2 səbəb

Hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” nigeriyalı futbolçunu almaq istəyir. Ancaq bu transfer forvardın iddiaları səbəbindən çətinləşir.

Osimhen Çempionlar Liqasında oynamaq və yüksək maaş almaq istəyir.

26 yaşlı oyunçu bu mövsüm “Qalatasaray”ın heyətində 24 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 75 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button