“Osimhenin “Çelsi”yə keçməsi üçün mümkün olan hər şeyi edəcəm”
“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel özünün və komandanın sabiq forvardı Didye Droqbanın “Napoli”nin hücumçusu Viktor Osimhenlə olan bağlantısından danışıb.
Komanda.az “sports dokita”-ya istinadən xəbər verir ki, nigeriyalı sabiq futbolçu, Droqbanın Osimheni London klubuna keçmək üçün razı salmağa çalışdığını bildirib:
“Osimhenə mesajlar yazmağa davam etməklə yanaşı, onun “Çelsi”yə keçməsi üçün mümkün olan hər şeyi edəcəm. Didye Droqba da onu razı salmağa çalışır. Biz ona bu klubun bizim üçün nə qədər vacib olduğunu deyirik”.
“Napoli” bu yay Osimheni buraxmağa hazırdır. Nigeriyalı forvard, Romelu Lukakunu “Çelsi”dən İtaliya klubuna gətirmək üçün müqavilənin bir hissəsi ola bilər.
“Napoli”nin baş məşqçisi Antonio Konte Lukakunu komandasında görməyi çox istəyir.
Bizi Facebook-da izləyin