Osimhendən əli üzülən “Əl-Hilal” diqqətini ona yönəldib

“Fiorentina”nın hücumçusu Moyze Kin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun transfer hədəfinə çevrilib.

Klub daha əvvəl “Napoli”nin forvardı Viktor Osimhenlə maraqlanmışdı, ancaq nigeriyalı oyunçu sərfəli təklifə baxmayaraq, “Qalatasaray”ı seçib və “Əl-Hilal”dan imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” artıq diqqətini Moyze Kinə yönəldib və 25 yaşlı hücumçunun transferi üçün “Fiorentina” ilə danışıqlara başlayıb.

Son mövsümdə A Seriyasının bombardirləri sırasında ikinci yerdə qərarlaşan Kin 32 oyunda 19 qola imza atıb. Onun “Fiorentina” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button