
“Napoli”nin hücumçusu zədələnib
Nigeriya millisinin hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununda (2:2) zədələnib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, nigeriyalı forvardın səhhəti ilə bağlı daha dəqiq diaqnoz bu gün məlum olacaq.
Osimhen matçın 59-cu dəqiqəsində əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin