Osimhen üçün İngiltərədən sürpriz “elçi”

“Napoli”nin hücumçusu Viktor Osimheni heyətində görmək istəyən klubların sayı getdikcə artır.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 2023/24 mövsümündə Çempionlar Liqasında mübarizə aparmaq imkanı qazanan “Nyukasl” nigeriyalını transfer etməkdə iddialıdır.

Öncədən “Mançester Yunayted”, “Bayern”, “Çelsi” və PSJ də Osimhenlə maraqlanırdı.

Eddi Hounun çalışdırdığı “Nyukasl” 2022/23 mövsümündə Premyer Liqada 71 xalla 4-cü olub.

Osimhen cari mövsümdə Neapol təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button