
Osimhen Türkiyəyə gedir – Müqaviləni rəsmiləşdirəcək
“Napoli”nin hücumçusu Viktor Osimhen yaxın 24 saat ərzində İstanbula gələcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun “Qalatasaray”a keçidi ilə bağlı sənədlər artıq imzalanıb. Transferin 75 milyon avroya başa gələcəyi daha əvvəl də xəbər verilmişdi.
Osimhen son mövsümdə “Qalatasaray”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 41 oyuna çıxaraq, 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
26 yaşlı forvardın “Napoli” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



