
“Qalatasaray” Moratanı göndərir, Osimheni saxlamaq istəyir
“Qalatasaray” hücumçusu Alvaro Moratanı “Komo”ya buraxmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım, İstanbul klubunun “Napoli”dən Viktor Osimheni transfer etməsi ilə mümkün olacaq.
Artıq tərəflər arasında razılaşma əldə olunub: nigeriyalı forvardın keçidi üçün “Qalatasaray” 75 milyon avro və gələcək satışdan 10 faiz pay ödəyəcək.
Morata “Komo” ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb və onun transferinə bu gün “yaşıl işıq” yandırıla bilər. Bunun üçün isə ispaniyalı oyunçunun hazırda icarədə oynadığı “Milan”la müqaviləsinin ləğvi tələb olunur.
Bu dəyişikliklə “Qalatasaray” hücum xəttini yenidən qurur və əsas hücumçu kimi Osimhenə güvənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin