Osimhen qərarını verib
“Napoli”nin hücumçusu Viktor Osimhen gələcəyi ilə bağlı qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu bir müddət Neapol təmsilçisində qalmağı düşünür.
24 yaşlı forvardla “Napoli” rəhbərliyi arasında gedən danışıqlar uğurlu nəticələnib. O, 2025-ci ilin yayına kimi olan müqaviləsinin müddətini daha 1 il uzadacaq.
Osimhen cari mövsümdə “Napoli”nin heyətində meydana çıxdığı 17 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin