Osimhenin klubunu dəyişmək ehtimalı artır

“Napoli”nin hücumçusu Viktor Osimhenin PSJ-yə keçmək ehtimalı getdikcə artır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu oyunçunun transferi ilə bağlı danışıqlarda irəliləyib. PSJ-nin marağı daha da konkretləşib və forvardın özü də klubunu dəyişməkdə maraqlıdır.

Daha əvvəl İtaliya klubunun 130 milyon avro qarşılığında hücumçunu satmağa hazır olduğu haqda məlumat yayılıb.

Osimhenin “Napoli” ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. O, ötən mövsüm Neapol klubunun heyətində 32 matçda meydana çıxıb və 17 dəfə rəqib qapısına dəqiq zərbə endirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button