Osimhen karyerasını Premyer Liqada davam etdirmək istəyir

“Napoli”nin hücumçusu Viktor Osimhen A Seriyasında mövsüm başa çatdıqdan sonra karyerasını harada davam etdirmək istədiyinə qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu İngiltərə Premyer Liqasında oynamağa üstünlük verib. “Çelsi” oyunçu ilə fəal maraqlanır və London klubu üçün yay transfer pəncərəsində Osimhenin alınması əsas məqsəddir.

Neapollular 25 yaşlı hücumçu ilə müqaviləni 2026-cı ilin yayına kimi uzadıblar. Amma futbolçu gələn yay klubu tərk edə biləcəyini bildirib.

Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 18 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button