Osimhen “Napoli”dən ayrılmaqda israrlıdır

“Napoli”nin hücumçusu Viktor Osimhen hələ də bu transfer pəncərəsində komandasını tərk etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu başqa top-kluba keçmək niyyətindədir. Bununla belə, PSJ-nin Osimhen üçün tələb olunan 130 milyon avroluq təzminatı ödəmək fikrində olmadığı da bildirilir. Həmçinin, parislilər hansısa oyunçularını Osimhen üçün müqaviləyə daxil etmək fikrində deyillər.

Osimhen Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər. “Napoli”nin baş məşqçisi Antonio Konte onun yerinə “İnter”də birlikdə çalışdığı “Çelsi”nin hücumçusu Romelu Lukakunu dəvət etmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button