Osimhen “Napoli”dən ayrılmaq istəsə…

“Napoli”nin prezidenti Aurelio de Laurentis hücumçu Viktor Osimhenə qiymət qoyub.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Osimhen “Napoli”dən ayrılmaq istəsə, klub onu 150 milyon avro qarşılığında buraxa bilər.

Buna baxmayaraq, klub başçısı 24 yaşlı forvardı komandada saxlamağa çalışır.

Nigeriyalı futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ maraqlanır. Öncədən “Bayern”in də onu transfer etmək istədiyi bildirilirdi.

Osimhen hazırda İtaliya A Seriyasının bombardirlik cədvəlinə 21 qolla başçılıq edir. Onun “Napoli” ilə sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button