Amorimin əsas transfer hədəfi odur

“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim nigeriyalı futbolçunu yay üçün əsas transfer hədəfi sayır. “Çelsi” hücumçu uğrunda mübarizədən kənarlaşdığı üçün “qırmızı şeytanlar”ın razılaşma əldə etmək şansı çox yüksəkdir.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button