Osimhen karyerası ilə bağlı qərar verib
“Napoli”nin hücumçusu Viktor Osimhen gələcəyi ilə bağlı son qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu yay transfer pəncərəsi bağlanana qədər komandasını dəyişmək niyyətindədir.
25 yaşlı forvarda əsas namizədin PSJ olduğu bildirilir. Paris klubuna transfer baş tutmasa, o, Səudiyyə Ərəbistanından olan variantları nəzərdən keçirə bilər.
Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. O, ötən mövsüm 32 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin