Osimhen İngiltərə klubuna keçməkdən imtina edib

Viktor Osimhenin yaxın gələcək üçün qərarı məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu “Çelsi”yə transferdən imtina edib. O, “Napoli”də qalmağa qərar verib.

Bundan əvvəl Osimhenlə Səudiyyə Ərəbistanı klubunun maraqlandığı bildirilirdi. “Əl-Əhli” onunla müqavilə imzalamaq istəyirdi.

25 yaşlı futbolçu ötən mövsüm İtaliya A Seriyasında 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button