Osimhen jurnalistə hücum çəkib, onu “məhv edəcəyini” deyib
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen gecə klubunda jurnalistə hücum edib.
Komanda.az xəbər verir ki, bunu “Posta” nəşrinin yaralanmış müxbiri Tolqu Bozduman deyib.
Jurnalistin sözlərinə görə, nigeriyalı forvard onu gecə klubundan çıxarkən, fotosunu çəkmək istəyəndə vurub:
“Mənim başıma vurdu. Sağ tərəf hələ də ağrıyır. Osimhen and içib şəkillərin silinməsini tələb etdi, amma mən imtina etdim. Bundan sonra məni məhv edəcəyi ilə hədələdi”.
Osimhenin müqaviləsi “Napoli”yə məxsusdur. O, “Qalatasaray”da icarə əsasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin