Osimhen “Yuventus”a keçə bilər

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını “Yuventus”da davam etdirə bilər.

Nigeriyalı futbolçu “Napoli”dən “Qalatasaray”a icarə əsasında keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuve” yanvar ayında oyunçu ilə maraqlansa, onun üçün danışıqlara start verilə bilər. Osimhenin yeni müqaviləsində 70 milyon avro təzminat nəzərdə tutulur.

25 yaşlı futbolçu ilə yayda “Çelsi” maraqlansa da, tərəflər maaş məsələsində razılaşa bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button