Osimhendən gələcəyi ilə bağlı qərar

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını harada davam etdirməyə qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu PSJ-yə keçmək istəyir və Fransa nəhəngindən rəsmi təklif gözləyir.

Osimhen PSJ-yə transfer olmaq üçün Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərindən imtina edib. O, qəti qərara gəlib ki, karyerasını Avropada davam etdirmək istəyir.

25 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Onun transfer dəyəri 100 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button