Osimhen İngiltərə klubundan sərfəli təklif gözləyir

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını “Çelsi”də davam etdirməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu karyerasını “Çelsi”də davam etdirmək istəyir, lakin maaşının azaldılmasına razı deyil. O, İngiltərə klubunun rəhbərliyindən yaxşı təklif gözləyir.

Londonluların Osimhen uğrunda mübarizədə rəqibi onun pul tələblərini yerinə yetirməyə hazır olan Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu hesab olunur. 25 yaşlı hücumçunun transfer dəyəri 100 milyon avro qiymətləndirilir.

Osimhen ötən mövsüm A Seriyasında 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button