
Osimhen: “Biz Kvaratsxeliyaya “sehrbaz” deyirik”
“Napoli”nin hücumçusu Viktor Osimhen komandanın vingeri Xviça Kvaratsxeliya haqda fikirlərini bölüşüb.
Komanda.az AS-a istinadən xəbər verir ki, Osimhen, gürcü futbolçu ilə əla münasibətləri olduğunu bildirib:
“Mən onu çox sevirəm. Bizim əla münasibətimiz var, o, çox yaxşı insandır. Biz ona sehrbaz deyirik”.
Kvaratsxeliya bu mövsüm A Seriyasında “Napoli”nin heyətində 8 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin