Təcavüzdə şübhəli bilinən futbolçu ölümə səsləyən şüarlarla qarşılandı
“Osasuna” azarkeşləri La Liqanın 5-ci turunun matçında (2:3) “Xetafe”nin hücumçusu Meyson Qrinvudun ölümünü istəyiblər.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu matçın 77-ci dəqiqəsində meydana çıxıb. Stadiona gələn fanatlar onu ölümə səsləyən şüarlarla qarşılayıblar.
Təcavüzdə şübhəli bilinən Qrinvud 2022-ci ilin yanvar ayından oynamayıb. Futbolçu bəraət aldıqdan sonra “Mançester Yunayted” onu heyətə qaytarmayıb.
“Xetafe”nin 7 xalı var və La Liqa turnir cədvəlində 9-cu yerdədir. “Osasuna” 6 xalla 12-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin