
Orxan Məmmədov Musa Qurbanlının İsveç klubuna transferindən yazdı
“Zirə” PFK-nın Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlının İsveçin “Yurqorden” klubuna transferinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları qeyd edib:
“Qarabağ”ın və millimizin oyunçusu Musa Qurbanlının İsveçin “Yurqorden” klubuna transferi açıqlanıb. Transferin futbolumuz və oyunçumuz üçün xeyirli, bərəkətli olacağına inanıram. Musaya Stokholmda futbolumuzu layiqli təmsil edilməsi işində uğurlar arzu edirəm!”

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin