Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçilib
Azərbaycan Minifutbol Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.
Komanda.az xəbər verir ki, Orxan Məmmədov növbəti dörd il üçün prezident seçilib.
O, bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib. Toplantıya gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.
Orxan Məmmədov etimad göstərən hər kəsə təşəkkür etdiyini bildirib:
“İnanıram ki,federasiya olaraq bundan sonra da ölkəmizi dünyada layiqli təmsil edəcəyik”.
Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin