
Orxan Hüseynzadə “Qalatasaray”ın oyununa təyinat alıb
Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsinin fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.
Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.
“Qalatasaray” Niderlandda baş tutan ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin