
Orucov ermənini məğlub edib, yarımfinala çıxdı
2-ci Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov 1/4 final görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, Belarusda təşkil olunan yarışın bu mərhələsində Orucov Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
Rüstəmin növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olub.
Daha sonra Hidayət Heydərov 1/4 final görüşünə çıxıb. 22 yaşlı cüdoçu yunan rəqibi Georgios Azoidisə 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin