Oruc Vəlizadə Romada çempion oldu
İtaliyanın paytaxtı Romada cüdo üzrə Avropa kubokuna start verilib.
Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Oruc Vəlizadə bütün rəqiblərinə qalib gələrək Roma turnirinin qızıl medalına sahib olub.
Cüdoçumuz Rusiya, Fransa, Qazaxıstan nümayəndələrini məğlub edərək qrup birincisi kimi yarımfinala çıxıb. Bu mərhələdə fransız Silveyn Julenə qalib gələn Vəlizadə finalda qazaxıstanlı Dauren Syukenovu da məyus edərək Avropa kubokunun sahibi olub.
Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Rövşən Əliyev bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub.
66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, İtaliya turnirində 46 ölkədən 275 cüdoçu iştirak edir. Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin