Arzusu “1 nömrə” olmaqdır

“Mançester Siti”nin qapıçısı Stefan Orteqa Pep Qvardiolanın komandasında “1 nömrə” olmaq arzusunu dilə gətirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu “Mançester Siti”də “1 nömrə” olmaq istədiyini bildirib:

“İnsanlar mənim haqqımda mətbuatda xoş sözlər deyəndə sevinirəm. Mən sadəcə “Mançester Siti”də “bir nömrə” olmaq istəyirəm, bu qədər”.

“Mançester Siti”nin əsas qapıçısı Ederson bu yay Səudiyyə Ərəbistanına transfer olmaq üçün komandadan ayrıla bilərdi. Amma braziliyalı qolkiperin keçidi sonda uğursuz olub. Buna görə də, Orteqa yeni mövsümdə yenidən Edersonla rəqabət aparmalı olacaq.

Ederson 2017-ci ildən “şəhərlilər”in əsas qapıçısıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button