Sponsorsuzluqdan gileylənən azərbaycanlı idmançıdan nokautla qələbə – video
Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks üzrə turnir keçirilib.
Komanda.az xəbər verir ki, orta çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu İsmət Quliyevin (72,5 kq) rəqibi macar döyüşçü Gergo Vari olub. Ümumilikdə, peşəkar karyerası ərzində 6-cı döyüşünü keçirən Quliyev Variyə texniki nokautla qalib gəlib.
İdmançı qələbəsini belə şərh edib:
“Əsasən hücum taktikasını seçmişdim. Rəqibimə təzyiq nəticəsində ikinci raundda texniki nokautla qalib gəldim. Bununla da, 6-cı qələbəmi də nokautla qazandım”. (Unikal.org)
İsmət Quliyev peşəkar boksçu kimi sponsorsuz qalmasından da gileylənib. O, maddi dəstəyin olmamasının peşəkar boksçuların idman karyerasına mane olduğunu vurğulayıb:
“Təəssüf edirəm ki, bü cür beynəlxalq, reytinqli yarışlara öz gücümüzə gedirik. O da hər zaman imkan olmur”.
Quliyevin rəqibi özündən qat-qat təcrübəli olub. Gergo Vari peşəkar rinqdə 47 döyüş keçirib.
İsmət Quliyev və Gergo Varinin döyüşü Rusiyanın “Boets” kanalı vasitəsi ilə canlı yayımlanıb.
Bizi Facebook-da izləyin